Dondurma və sərinləşdiriçi içkilərə nəzarət gücləndirildi
29.06.2015 553 0.0 0

Mövsümlə əlaqədar əhalinin sərinləşdiriçi içkilərə də tələbatı artır. Sərinləşdiriçi içkilərin istehsal texnologiyasında sanitariya qaydalarının tələblərinə əməl olunmaqla hazırladıqda, eyni zamanda saxlanma temperaturuna yararlılıq müddətinə əməl olunduqda qida üçün yüksək təhlükə riski daşımır.

 

Lakin bu məhsulları günəş şüası altında və ya isti havada uzun müddət saxladıqda keyfiyyətinin korlanmasına və içdikdə zərərli təsirlərə malik ola bilər.

 

Qzaeta.info Səhiyyə Nazirliyinə istinadla bildirir ki, Dondurma və sərinləşdiriçi içkilərə tələbatı nəzərə alaraq Gigiyena və epidemiologiya Mərkəzi ümumi qaydaya əsasən adıçəkilən məhsullara dair yoxlamalar həyata keçirir.

Dövlət Sanitariya nəzarəti tərəfindən 01 mart 2015-ci il tarixdən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq plan üzrə və ya plandankənar həyata keçirilir.

Bu baxımdan cari ilin iyun ayında Respublika ərazisində fəaliyyət göstərən 4 dondurma istehsalı sahəsində və 6 sərinləşdirici içkilər istehsalı sahəsində yoxlamalar həyata keçirilmişdir.

Mövsüm ərzində dondurma istehsalı müəssisələrində sanitariya qayda və normalarının pozulması barədə müraciətlər olarsa qanunvericiliyə uyğun yoxlamalar həyata keçiriləcəkdir.

Respublikanın Baş dövlət Sanitariya həkiminin müavini tərəfindən qəbul edilmiş 21 saylı 06.07.2006-cı il tarixli qərarla əhalinin kütləvi toplaşdığı ərazilərdə, park və meydanlarda, pərakəndə ticarət yerlərində açıq şəraitdə qazlaşdırılmış suların və sərinləşdirici içkilərin satışı qadağan edilmişdir.

Açıq halda kvas satışı zamanı sanitariya qayda və normalarının ciddi pozulması hallarınıa yol verilməsi nəzərə alınaraq istehsal edilən açıq kvas məhsuluna gigiyenik sertifikatlar verilməmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar