Donald Tusk prokurorluğa çağırılıb
27.07.2017 586 0.0 0

Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk Polşada yenidən prokurorluğa çağırılıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Bu məlumatı Donald Tuskun maraqlarını müdafiə edən vəkil Roman Qertıx təsdiqləyib.

 

 

Yerli mətbuat qeyd edir ki, Tuskun prokurorluğa çağırılması onun əvvəllər şahid qismində ifadə verdiyi araşdırmalarla bağlı deyil.

Tusk prokurorluğa avqustun 3-də getməlidir. Tuskun prokurorluğa hansı statusda gedəcəyi dəqiq bilinmir.

O, bundan əvvəl də Polşa prokurorluğuna çağırılıb. Aprelin 19-da dindirilmə səkkiz saata yaxın davam edib. Məsələ Polşanın hərbi əks-kəşfiyyatı və FTX arasında əməkdaşlıqla bağlı olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar