Donald Trampın daha bir müşaviri istefa verib
26.08.2017 616 0.0 0

 ABŞ prezidenti Donald Trampın terrorçuluq əleyhinə müşaviri Sebastyan Qorka istefa verib.

Məlumata görə, bu barədə "CNN" Ağ Evdəki mənbəyə istinadən xəbər verib.

Qeyd olunur ki, Qorka Trampın qatı tərəfdarlarından olub. O, tez-tez mətbuatda hazırkı prezidentin yürütdüyü xarici siyasəti müdafiə edib.

Qorka iyulda MSNBC və CNN telekanallarına müsahibə zamanı özünün aqressiv davranışını telekanallarına izah edərək bildirib ki, o, Trampı yalan informasiyadan müdafiə edən "pitbul" olmaq istəyir.

Telekanalın qeyd etdiyi kimi, Qorkanın istefası Ağ Evdən Trampa yaxın yaxınların çıxarılmalarını davam etdirir.

Geniş əks-səda doğurmuş istefalardan biri də prezidentin strateji məsələlər üzrə müşaviri Stiv Bennonun vəzifəsindən getməsidir./Report/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar