Donald Tramp prezidentliyə namizədlik yarışında növbbəti qələbə qazanıb
24.02.2016 476 0
ABŞ-dakı prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi çərçivəsində Respublikaçılar Partiyasının Nevada ştatında keçirdiyi kokuslarda (partiya toplantıları) milyarder Donald Tramp qalib gəlib.
"Amerikanın səsi"nə istinadən verilən məlumata görə, D. Tramp 46,2% səs alıb. Onun əsas rəqibləri - Marko Rubio 23,6%, Ted Kruz isə 20,4% səs toplayıb. Digər namizədlər - Ben Karson və Con Keysik bu "üçlük"dən xeyli geri qalıb.
Xatırladaq ki, bundan əvvəl Nyu-Hempşir və Cənubi Karolina ştatlarında keçirilən ilkin seçkilərdə də D. Tramp qələbə qazanmışdı. Ayovadakı kokuslarda isə Ted Kruz qalib gəlib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər