ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçirəcəyi iclasında uçot dərəcəsini artırması ehtimalının yüksək olmasına baxmayaraq, dolların məzənnəsi əksər valyutalarla müqayisədə ucuzlaşması davam edir.
"Forexpf.ru" saytına istinadən xəbər verilir ki, dolların düşməsinə səbəb ABŞ Prezidenti Donald Trampın dolların ucuzlaşmasını dəstəkləməsidir. Bu barədə açıqlama xarici valyutalar üzrə ekspert Duqlas Bortvik (Douglas Borthwick) tərəfindən verilib. O bildirib ki, D.Trampın bu ilin yanvar ayının 1-dən rəsmi olaraq fəaliyyətinə başlamasından indiyədək dollar ucuzlaşır. Buna səbəb isə ABŞ prezidentinin dolların ucuzlaşmasını dəstəkləməklə ABŞ-ın ixrac potensialını artırmasıdır.
Qeyd edək ki, Donald Trampın inauqurasiya günü 101 bənd təşkil edən dollar indeksi hazırda 97-ə bərabərdir. D.Bortvikin sözlərinə görə, Tramp dolların məzənnəsinə və ya indeksinə baxıb narahat olmur. Onun üçün önəmli olan ucuz dolların Amerika malları üçün rəqabət qabiliyyətliliyini artırmasıdır./Report/