Dollarla krediti olanlara ŞAD XƏBƏR
14.01.2016 1486 0.0 0

İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, kommersiya bankları və ekspertlərlə birlikdə dolların məzənnəsinin bahalaşmasından doğan problemlərin həllinə yönəlik müzakirələr aparılıb. 
Qazeta.info bildirir ki, Mərkəzi Bankdakı mənbədən modern.az-a verilən məlumata görə, yanvar ayının 20-dən sonra birgə qəbul edilmiş yeni qərarların icrasına başlanılacaq.

İlk olaraq dollarla olan kreditlərlə bağlı yaranmış problemin həlli gözlənilir. Belə ki, yaranmış iqtisadi çətinlik şəraitində onsuz da borcunu ödəmək iqtidarında olmayan insanların vəziyyəti nəzərə alınaraq 10 min dollara qədər krediti olanların 21 dekabr devalvasiyasından əvvəlki məzənnə, yəni, 1 dollar=1 manat 5 qəpiklə ödənişinə qərar veriləcək.

Həmçinin, şərtlər dəqiqləşdirildikdən sonra ipoteka kreditlərinin verilməsi bərpa olunacaq. Qeyd edək ki, ipoteka krediti üçün ayrılan vəsaitin 50 min manatdan 100 min manatadək artırılması da nəzərdə tutulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar