Devalvasiyadan sonra insanları ən çox maraqlandıran məsələ dollarla olan kreditlərini necə ödəyəcəkləridir. Əgər bu kreditlər manatla verilsəydi, indi çoxlu sayda insan əziyyət çəkməyəcəkdi. Bəs niyə kredit yalnız milli valyuta olan manatla verilmir?
“Xəzər Xəbər” dollarla kredit verilməsinin qadağan olunmasının mümkünlüyünü araşdırıb.
Devalvasiyanın ən böyük mənfi təsiri dollarla kredit görümüş insanalaradır. Onların banklara ödəyəcəyi məbləğ manatla ifadədə təxminən 50 faiz artıb.
Təbii ki bu həm də problemli kreditlərin artımı ilə müşahidə olunacaq. Ölkə üzrə problemli kreditlərin həcmi hələ noyabrın 1-nə 1 milyard 301 milyon manat idi. Bu rəqəmin artması isə labüd görünür. Bunun kökündə duran əsas məsələ banklar krediti dollarla verməkdəki marağıdır.
Mütəxəssisin daha bir təklifi isə bundan ibarətdir ki, manata olan etibarı bərpa etmək üçün əmanətlərlə bağlı xarici ölkələrin təcrübəsindən yararlanıla bilər.
Əmanətlərin yalnız manatla verilməsi Azərbaycanın bütün qanunlarının əsas alındğı Konstitusiya, eləcə də digər qanunvericilik aktlarında da kifayət qədər öz əksini tapıb.
Ümumiyyətlə isə bankların xarici valyutada kredit verməsi “Banklar haqqında” qanunla tənzimlənir. Bu qanunda isə Mərkəzi Bank tərəfindən verilən lisenziyada banka xarici valyutada kredit vermək hüququ verilirsə onda dollarla kredit vermək qanunsuz deyil. Ancaq insanların bir daha dollar bahalaşmasına görə əziyyət çəkməməsi, eləcə də manata olan etibarı bərpa etmək üçün dollarla verilən kreditlərin verilməsində məhdudiyyətlər tətbiq oluna bilər.