Dollarla götürülən kreditlərlə bağlı xüsusi razılıq (VİDEO)
19.01.2016 1231 0.0 0

Qlobal iqtisadi böhranın Azərbaycana mənfi təsirləri barədə nə zamandır müxtəlif səviyyələrdə müzakirələr gedir. Düşünən beyinlər şikayətlənməkdənsə, vəziyyətdən çıxış yollarını arayırlar.

Milli Məclisin iqtsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “Nəzər Nöqtəsi”ndə sualları cavablandırıb. 

– “Yüz fikir, bir borcu ödəmir” bir deyim var. Əlbəttə ki, bu ilk növbədə dollarla borcu olan isanları xatırladır. Yaranmış belə bir durumda onların bu borcun öhdəsindən tək başına gələcəyi bir qədər mümkünsüz görünür. Elə deyilmi?

– Ümumiyyətlə son vaxtlar dünyada çox ciddi siyasi və iqtisadi proseslər gedir. Xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, qonşu dövlətlərdə milli valyutaların devalvasiyaya uğraması və digər məsələlər dünya iqtisadiyyatının tənəzüllünə çox böyük təsir göstərib. O cümlədən də Azərbaycan dünyanın bir hissəsi olduğu üçün ölkəmizin iqtisadiyyatına da müəyyən qədər təsir göstərib. Azərbaycan neft ixrac edən ölkədir. Neftin qiyməti də dünya bazarındə kəskin şəkildə aşağı düşüb. Təxminən 3 dəfədən artıq. Düşməkdə davam edir. Belə bir vəziyyətdə dövlətdə stabil iqtisadiyyatı qoruyub saxlamaq çox çətindir. Buna baxmayaraq 2015-ci ildə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi biz müəyyən qədər artıma nail olmuşuq. Amma konkret olaraq sizin sualınıza gəlincə, əlbəttə ki, əhalinin bu gün devalvasiyadan sonra narahat edən əsas məsələlərdən biri dollarla olan kreditlərin qaytarılmasıdır. İqtisadi siyasi komitəsi olaraq son vaxtlar, xüsusilə ikinci devalvasiyadan sonra Mərkəzi Bankın rəhbərliyi ilə, daha sonra hökümətin bir sıra üzvüləri ilə, o cümlədin hökümətin rəhbəri ilə görüşlər danışıqlar aparmışıq. Nəticədə ümumi bir razılığımız var ki, dollarla götürülən kreditlərin müəyyən hissəsini köhnə məzənnə ilə qaytarılsın. Belə bir təkliflə çıxış etmişik ki, on min dollara qədər götürülən istehlak kreditləri 1.05 kursu ilə qaytarılsın.

– Bu kimlərə aidd olacaq?

- Əhalinin əksər hissəsi toy mərasimi, eləcə elektirik avadanlıqların;n alınması məqsədi ilə istehlak kreditləri götürüblər. Məhz bu katoqoriyadan olan insanlar bizi çox narahat edir. Həm də bununla əlaqədər bizə müraciət edənlərin sayı daha çoxdur. Ona görə də təklifimiz bundan ibarətdir ki, bu insanlar istehlak krediti, hansı ki, on min dollara qədərdir, onlar hələlik köhnə məzənnə ilən ödəsinlər.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:/anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar