Dolların sabaha olan məzənnəsi açıqlanıb
01.12.2016 1225 0
Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,12% artaraq 1,7339 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7318 manata bərabər olub.
Qeyd edək ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7318 məzənnəsi ilə başlayıb və 1,7338 məzənnəsi ilə yekunlaşıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər