Dolların qalxması vəziyyəti ağırlaşdırdı-«Laçın»-da aksiya gözlənilir
21.02.2015 971 0.0 0

Bu gün manatın ucuzlaşaraq 1.05 dollar olaması onsuz da son aylarda müştəri qıtlığı çəkən ticarət mərkəzlərini hərəkətə gətirib.Az öncə Bakı şəhəri Nizami rayon 8km qəsəbəsində yerləşən “Laçın” Ticarət Mərkəzindən redaksiyamıza məlumat daxil olub.

Məlumatda bildirilir ki, son aylarda onsuzda müştərilərin azalması üzündən yer pulunu belə cibindən ödəyən ticarətçilər “Laçın” Ticarət Mərkəzi rəhbərliyi tərəfindən soyğunçuluq hərəkətlərinə məruz qalır.

Mənbə bildirir ki, hər 1m2 görə 30 azm, DSMF-yə hər ay 100 azm ödəməyə məcbur edilən dükan sahibləri, imkan olmadığı üçün bir neçə gün öncə rəhbərliyə etdikləri müraciət müdriyyət tərəfindən qəzəblə qarşılanıb.

Xatırladaq ki , verilən məlumatda o da qeyd olunur ki,   artıq bir neçə aydır ki , alıcılıq qabiliyyətinin aşağı düşməsini nəzərə alaraq ölkənin bir çox iri ticarət mərkəzlərində yer pulu 30 faizə qədər aşağı salınıb. “Laçın” Ticarət Mərkəzinin rəhbərıiyinə edilən müraciətlər heç bir fayda verməməklə yanaşı bu yaxınlarda qeyd olunan istəklə müdriyyətə müraciət edənlər Ticarət Mərkəzindən qovulmaq təhlükəsi ilə üz-üzə qalıb. Kim yer pulu qiymətləri ilə razı deyilsə? Ticarət mərkəzini tərk etsin cavabından sonra işçilər çıxı yolu kimi aksiya keçirməyi düşünürlər.Hazırda ticarət mərkəzinin qarşısına toplaşmağa çalışan işçilər bu addımla ölkə rəhbərliyinə adı çəkilən müəssisənin nə qədər amansız və şəxsi mənfətinə xidmət edən müəssisə kimi təqdim etməkdir.

PS.Məsələ ilə əlaqədar qarşı tərəfin də fikirlərini yayımlamağa hazırıq.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar