Dolların məzənnəsi 36 aylıq minimumu yeniləyib
24.01.2018 1140 0.0 0

Bugünkü ticarət sessiyasında dollar digər valyutalara qarşı ucuzlaşaraq 2014-cü ilin dekabrından bəri ilk dəfə ən minimum səviyyədə ticarət olunub.

 

Bildirək ki, dolların indeksi 0,5% azalaraq 89,666 səviyyəsinə enib.

 

ABŞ valyutasının avroya qarşı məzənnəsi 0,32%, funt sterlinqə qarşı 0,68% ucuzlaşıb.Öz növbəsində, Yaponiya yeni dollara qarşı 0,61% bahalaşıb.

 

Qeyd edək ki, dolların əksər valyutalara qarşı ucuzlaşması ABŞ-ın maliyyə naziri Stiv Mnuçinin verdiyi açıqlama ilə əlaqələndirilir. S. Mnuçin qeyd edib ki, dolların məzənnəsinin zəifləməsi onu narahat etmir. Eyni zamanda nazir bildirib ki, ABŞ administrasiyası hal-hazırda dolların ucuzlaşmasında maraqlıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar