Dolların bahalaşması neftin qiymətini ucuzlaşdırır
10.06.2016 643 0.0 0

 Dünya birjalarında neftin ucuzlaşıb.
 
Qazeta.info "APA-Economics"-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar azalaraq 50,41 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,13 dollar azalaraq 51,82 dollar olub.
 
Neftin ucuzlaşmasına səbəb dolların möhkəmlənməsidir. Dolları isə ABŞ-da işsizliyin səviyyəsi ilə bağlı açıqlanan statistika bahalaşdırır. Belə ki, ABŞ-da işsizlik müavinəti ilə bağlı müraciət edənlərin sayında azalma müşahidə olunur.

Üstəlik, Kanada baş verən irimiqyaslı yanğınlardan fəaliyyətini dayandıran neft şirkətləri artıq iş başındadır. Bu da neftin ucuzlaşmasına təsir edir.

 

Azərbaycan nefti ucuzlaşıb.


Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,17 dollar və ya 0,32% azalaraq 52,20 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar