Dolların bahalaşması nefti ucuzlaşdırır
07.03.2017 734 0
Dünya birjalarında neft ucuzlaşıb.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 53,19 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,09% azalaraq 55,96 dollar olub.
Neftin ucuzlaşmasına dolların möhkəmlənməsi səbəb olub.
Azərbaycan neftinin qiymətinin artımı davam edir.
Bildirək ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,48 dollar və ya 0,85% artaraq 56,83 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər