Dolların bahalaşması nefti ucuzlaşdırır
21.10.2016 559 0.0 0

Dünya bazarında neft ucuzlaşıb.

 

Qazeta.info APA -ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar azalaraq 50,42 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar azalaraq 51,24 dollar olub.

 

Neftin ucuzlaşmasına oktyabrın 18-də neftin bahalaşması ilə əlaqədar bazar iştirakçılarının gəlirlərini hesablaması və dolların xarici valyutalara nisbətdə bahalaşması səbəb olub. 

 

Azərbaycan nefti 1 dollardan artıq ucuzlaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,41 dollar və ya 2,62% azalaraq 52,41 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar