Dollara yeni rəqib gəlir
21.04.2015 1058 0.0 0

"Rubl dollara və avroya nisbətdə 1-1,5 rubl ucuzlaşacaq. Bu ucuzlaşma isə neftin qiymətinə təsir edəcək".

Məlumata görə, bunu maliyyə üzrə analitik Serqey Suverov deyib. O bildirib ki, hakimiyyət dollar-rubl mübadiləsində artıq tarazlığı bərpa edib. 

Analitik qeyd edir ki, hazırda 1 dollar 50-55 rubl civarında dəyişir. Əgər dollarla yanaşı yeni bir neçə yeni valyuta dünya bazarlarına daxil olarsa, bu rubl üçün bəzi müsbət təsirlər verə bilər: "Əgər yeni valyuta yaranarsa Rusiya Mərkəzi Bankı öz valyuta ehtiyatlarını daha yaxşı diversifikasiya etməyi bacaracaq. Bununla yanaşı, rublun məzənnəsini müəyyən etmək asanlaşacaq. 

Beynəlxalq hesablamalarda müxtəlif valyutalardan istifadə əmtəə dövriyyəsinin dinamikasını yaxşılaşdıracaq. Çünki əməliyyatlar daha şəffaf olacaq və başqa valyutaları dollarla əvəzləməyə ehtiyac qalmayacaq. Bu gün dolların kursu başqa valyutalara nisbətdə güclənib. Bu proses də multivalyuta üçün üstünlük təşkil edir". 

Mütəxəssis bununla yanaşı, yeni valyutaların rubl üçün mənfi təsirini də istisna etmir: "Əgər həddən artıq valyuta aləti olarsa bu rubla faydalı olmayacaq. Dollar onsuz da əsas valyuta olaraq qalacaq. Digər valyutalar isə dollara nisbətdə daha təhlükəli valyuta olaraq qəbul ediləcək. Dünya artıq dollara öyrəşib. Dollar dünya maliyyə dəyərlərinin güzgüsü hesab olunur"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar