Dollar yenidən ucuzlaşır
05.01.2017 4157 0.0 0

Dolların beynəlxalq valyuta bazarında məzənnəsi düşməyə davam edir. Məlumata görə, dünən, yanvarın 4-də ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iclasında uçot dərəcəsində növbəti dəyişikliklərlə bağlı qeyri-müəyyən fikirlər səsləndirilib. Buna səbəb kimi yeni prezident D.Trampın yeni iqtisadi siyasətinin iqtisadi artıma təsirinin məlum olmaması göstərilir. 

Qeyd edək ki, dünənki iclasda FOMC üzvlərinin əksəriyyəti uçot dərəcəsinin sürətlə artırılması tərəfdarı olsalar da, güclü dolların inflyasiyanı məhdudlaşdırdığını bildiriblər. Nəticədə, yanvarın 3-də 1,0339 USD/EUR səviyyəsinə enən dollar/avro cütlüyünün məzənnəsi hazırda 2%-dən çox artaraq 1,0550 USD/EUR-a yüksəlib.

"Report"un analitik qrupu bildirir ki, bu gün ABŞ-ın əmək bazarı ilə bağlı dekabr göstəriciləri açıqlanacaq. Göstəricinin 175 min nəfər olması gözlənilir. Əgər göstərici proqnoza uyğun açıqlanarsa, məzənnə yenidən 1,04 USD/EUR səviyyəsinə düşə bilər. Əks halda, əsas valyuta cütlüyünün məzənnəsi 1,07 USD/EUR-a qədər arta bilər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar