Dollar yenidən bahalaşdı (CƏDVƏL)
21.04.2015 922 0.0 0

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Mərkəzi Banka istinadla verilən məlumata görə, 1 dollar 1,0502-dən 1,0506-ya qədər bahalaşıb. 

Avronun məzənnəsində isə əksinə ucuzlaşma qeydə alınıb. 

Belə ki, 1 avro 1,1333-dən 1.1269-a qədər ucuzlaşıb.

Rusiya rublunun kursunda isə ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0202-dən 0.0197 manata qədər azalıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar