Dollar düşür, neft qalxır
20.03.2015 989 0
Dolların məzənnəsi aparıcı dünya valyutalarına nisbətən zəifləd ikcə, dünya bazarlarında neftin qiyməti bahalaşır.
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, bu gün səhər saatlarında dünya birjalarında Brent neftinin qiyməti 0,46% artaraq barrel üçün 54,68 dollara çatıb. Amma Texas neftinin qiyməti 0,11% ucuzlaşaraq barrel üçün 43,91 dollar olub.
ABŞ federal rezerv sisteminin iclasından sonra dolların qiyməti düşür və neft bahalaşır.
Bu proses Azərbaycanda da özünü göstərir. Mərkəzi Bankın verdiyi məlumata görə, dünən 1 avro kəskin bahalaşaraq 1.1118 manatdan 1.129 manata qalxıb. Əvəzində ABŞ dollarının məzənnəsi isə manata nisbətdə ucuzlaşıb. Belə ki, 1 ABŞ dolları 1.0488-dən 1.0486-a düşüb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər