Bu gün Yunanıstan 1,54 milyard avronu Beynəlxalq Valyuta Fonduna ödəməsə ölkədə defolt elan ediləcək.
Məlumata görə, bu barədə “The Wall Street Journal” Yunanıstan hökumətində olan mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, əgər Afina son dəfə kredit borcundan 50 min avronu ödəməsəydi, Yunanıstanda defolt artıq dünən elan oluna bilərdi.
Yunanistanda defoltun baş verməsi dünyada avronun ucuzlaşmasına gətirib çıxaracaq. Bu isə dünyada, həmçinin Azərbaycanda da dolların bahalaşmasına səbəb olacaq.
Yunanıstan Avropa banklarına bir gün ərzində 50 milyard avro zərər vurub. Yunanıstan iyunun 28-də məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyinə görə Avropa banklarının kapitallaşma səviyyəsində 50 milyard avro azalma qeydə alınıb.
Agentlik bu göstəricinin 2011-ci ilin noyabrından sonra ən pis rəqəm olduğunu bildirib. Xüsusilə Portuqaliya, İspaniya və İtaliyanın kredit şirkətlərinin kağızları ucuzlaşıb.
Bütün bunlara səbəb Yunanıstan hakimiyyətinin iyulun 6-na qədər ölkədəki bankların fəaliyyətini dayandırması olub. Eyni zamanda pulların xaricə axınının qarşısını almaq üçün kapital hərəkətinə nəzarət tətbiq edilib. İndi bir adam bankomatdan sutka ərzində 60 avrodan çox pul çəkə bilməz./anspress/