2013-cü ildə zərərsizləşdirilmiş Doku Umarova aid olduğu güman edilən qalıqlar İnquşetiya dağlarında tapılıb.
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bu barədə REN TV məlumat yayıb. Bildirilir ki, D. Umarov və onun mühafizəçilərinin qalıqları şəxsiyyətlərinin dəqiq müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.
Məlumata əsasən qalıqlarının çıxarılması əməliyyatı ötən həftənin sonunda aparılıb.
Qeyd edək ki, Çeçenistandakı silahlı dəstələrin lideri olan Doku Umarovun zərərsizləşdirilməsi ilə bağlı 2000-ci ildən azı 12 məlumat yayılıb. 2013-cü ilin dekabrında Çeçenistan Respublikasının rəhbəri Əhməd Kadırov mətbuat konfransında bildirib ki, Doku Umarov çoxdan ölüb. Rəsmi açıqlamalara baxmayaraq, D. Umarovun cəsədini tapmaq mümkün olmayıb.