Doha görüşündən sonra neft bahalaşmaq əvəzinə ucuzlaşıb
18.04.2016 429 0
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,89 dollar azalaraq 38,47 dollar təşkil edib.
Məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,73 dollar azalaraq 41,37 dollar olub.
Neftin ucuzlaşmasına OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gələ bilməməsi olub. Görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib.
Eyni formatda növbəti görüş cari ilin iyununda keçiriləcək./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər