Dmitri Medvedev İrəvanda səfərdədir
07.04.2016 577 0.0 0

Rusiya baş naziri Dmitri Medvedev İrəvanda səfərdədir.
 
“RİA Novosti”yə istinadən verilən məlumata görə, Rusiya hökuməti aparatından bildiriblər ki, Medvedev səfər çərçivəsində ermənistanlı həmkarı Ovik Abramyanla görüşəcək.
 
Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq, investisiya, energetika və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət və Avrasiya inteqrasiyası kimi məsələlərin müzakirəsi planlaşdırılır.
 
Görüşdə həmçinin idarələr, regionlar və hökumətlərarası bir sıra sənədlərin imzalanacağı gözlənilir.
 
Xatırladaq ki, Rusiya baş naziri İrəvana səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla da görüşəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar