TƏhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.
Nazirlikdən verilən xəbərə görə, təlimlər yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində (məktəb, lisey və gimnaziyada) işləyən (və ya işləmiş) direktorları, direktor müavinlərini və müəllimləri üçün nəzərdə tutulub. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkənin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. İştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil olunacaq.
Müsabiqədə ali pedaqoji təhsili olan və 5 (beş) il pedaqoji iş təcrübəsinə malik şəxslər iştirak iştirak edə bilər./apa/