“4 saylı məktəbin direktoru Əli Əliyevin pul yığmaq üçün gətirdiyi bəhanələrdən yorulmuşuq”
Bu sözləri Qazeta.info saytına övladları Biləsuvar royon saylı 4 saylı orta məktəbdə təhsil alan bir neçə şagirdin valideyni bildirib.
Onun sözlərinə görə, hər zaman təhsil səviyyəsinin keyfiyyətli olması ilə tanınan və 1000 nəfərdən çox şagirdin təhsil aldığı Biləsuvarın 4 saylı məktəbi indi bazara çevrilib.
Valideyn bildirir ki, Ə.Əliyevin pul yığma əməllərindən bezərək Təhsil Nazirliyinə müraciət də olunub. Belə şikayətlərdən biri ötən il direktorun sinif otaqlarına müşahidə kameraları quraşdırmaq adı ilə topladığı pul haqda da olub.Ancaq şikayətlərin heç bir nəticə verməməsi məktəb direktorunu daha da qanunsuz hərəkətlərində cəsarətləndirib.
Xatırladaq ki, bizə verilən məlumatda bildirilir ki, bu dəfəki pul yığma əməliyyatı da qeyri adiliyi ilə fərqlənir.Belə ki, əvvələr müşahidə kamerası, 2 dəst məktəbli forması almaq tələbi qoyan məktəb direktoru bu dəfə bütün məktəblilərdən 5 AZN tələb edərək məktəbin tualetinə unitaz alacağını bildirib.
Xatırladaq ki, hazırda Biləsuvarın adı çəkilən məktəbində bütün sinif rəhbərləri bu məbləğin tez toplanması üçün şagirlərə bu həftənin sonuna kimi vaxt veriblər.
Bildirək ki ,hazırda adı çəkilən məktəbdə 1000 dən çox şagird, tikinti bazarlarında isə unitazın qiyməti 70-80 AZN civarında müştərilərə təklif olunur .Belə olan halda isə məktəb direktorunun yığdığı vəsaitə 60 ədəd unitaz almaq mümkündür.Bu səbəbdən də valideyinlər bu hərəkəti direktorun pul yığmaq üçün növbəti bəhanəsi kimi qiymətləndirir.
P.S. Məsələ ilə əlaqədar sözü gedən mövzuda adı çəkilən digər tərəflərin də fikirlərini dinləməyə hazırıq.