DiN təsdiqlədi-DYP əməkdaşı yoxa çıxıb-Rəsmi
04.02.2017 1600 0.0 0

Qazeta.info Vətəninfo.az-a istinadla bildirir ki, ötən gün "DYP əməkdaşı yoxa çıxdı"başlıqlı yaydığı xəbərlə bağlı Daxili İşlər Nazirliyinə ünvanlanan sorğuya cavab verilib.Cavabda deyilir ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili İdarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib. Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

 
Qeyd edək ki, yayılan xəbərdə vurğulanırdı ki,Bakı şəhər Dövlət Yol Polisinin növbətçi hissənin rəisinin sürücüsü Əliş Kərimov DYP əməkdaşı yoxa çıxıb. Məlumata görə sürücü idarə etdiyi 460 nömrəli DYP-nə məxsus avtomobildən yoxa çıxıb. "Əlişka” ləqbilə çağrılan bu DYP əməkdaşı daha çox sürücülərə divan tutan şəxs kimi tanındığı iddia edilir və onun Bakı şəhər DYP-nin Alay Komandiri Rəşadət Babayevlə yaxın olduğu da iddia edilir. Məlumatı dəqiqləşdirmək üçün Bakı Şəhər Dövlət Yol Polisinin İçtimayyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. Vaqif Əsədov bildirdi ki, onda bu haqda hər hansı bir məlumat yoxdur. Məlumatı dəqiqləşdirmək istəyirsinizsə DİN-nin mətbuat xidməti ilə əlaqə saxlayın.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar