Ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib.
Qazeta.info bildirir ki , bu barədə Azvision.az-a girovun qardaşı Sahib Musayev məlumat verib.
O, bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktubda
D. Əsgərov səhhəti ilə bağlı məlumat verib: “Dilqəm məktubda hər kəsə salam göndərib. Vəziyyətinin yaxşı olduğunu bildirib. Həmişə olduğu kimi bu dəfə də səhhətində problemin olmadığını deyir. Amma bir müddət öncə qardaşımın axsayan vəziyyətdə videosu yayılmışdı. Mən Dilqəmə sonuncu dəfə məktub göndərəndə ondan soruşmusdum ki, niyə axsayırsan? Bu dəfə isə Dilqəm sualıma cavab yazıb.
Qeyd edib ki, səhhətində problem yoxdur. Sonda isə o belə bir qeyd yazıb ki, təki qeyrətimiz axsamasın!”.
Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.