Dilqəm Əsgərov Şuşadan yazır: Alça yığırdım, yıxıldım
26.08.2015 804 0.0 0

Erməni əsirliyində saxlanılan Dilqəm Əsgərov qardaşına məktub yazıb. O, yazdığı məktubu Beynəlxalq Qızıl Xaç Komitəsinin Şuşaya son dəfə baş tutan səfərində göndərib.

Bunu  açıqlamasında girovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov ona məktub gəldiyini təsdiqləyərək bildirdi ki, D.Əsgərov ona bir neçə dəfə məktub yazıb. S.Əsgərov deyir ki, qardaşı gələn bütün məktubları təzyiq altında yazır. 

"Əvvəllər ”Salam mən yaxşıyam, heç bir problemim yoxdur” cümlələrindən başqa bütün cümlələrin üzərinə qara xətlər çəkilirdi ki, oxunmasın. Ancaq qardaşımın bu dəfə göndərdiyi məktubda heç nə qaralanmayıb”, - deyə S. Əsgərov bildirdi.

Sahib Əsgərov həmçinin qeyd etdi ki, məhkəməyə gətirilərkən qardaşının axsadığı barədə yayılan videonu görüb və Beynəlxalq Qızıl Xaç Komitəsinin keçən dəfəki səfərində bununla bağlı ona məktub yazıb. 




Dilqəm Əsgərovun axsadığı video

Dilqəm bu məktubunda həmin məsələ ilə bağlı suala kinayə ilə cavab yazıb: "Alça yığarkən yıxıldığım üçün axsayıram”, - deyə Sahib Əsgərov əlavə edib.

Məktubun sonunda isə Şuşa həbsxanasında kamerada tək saxlanıldığını yazıb.

2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və sonradan vəhşicəsinə öldürülmüş Həsən Həsənov doğulduqları Qarabağa keçərək ata-babalarının məzarlarını ziyarət etməyə çalışıblar. Ancaq erməni separatçıları Həsən Həsənovu vəhşicəsinə öldürərək Dilqəm və Şahbazı girov götürüb. Separatçı Qarabağ rejimində azərbaycanlılar üzərində qondarma məhkəmə qurulub. Oyuncaq məhkəmə Dilqəm Əsgərov barəsində ömürlük, Şahbaz Quliyev barəsində isə 22 il həbs qərarı çıxarıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar