Azərbaycanda parlament seçkilərinin rəsmi start götürməsi təkcə bu istiqamətdə hazırlıqlara başlanması ilə müşahidə olunmur.Parlament sekiləri ətrafında fəallığın artması seçicilərin və ictimaətin tanınmış səxsləri tərəfindən haqlı qınağı ilə də müşahidə edilməkdədir. Seçki ərəfəsində insanlara müxtəlif vədlər veib sonra vətəndaşların problemi ilə qəti şəkildə maraqlanmayan və parlamentdəki müzakirələrdə ağzını bir dəfədə açmayan "millət vəkilləri" seçicilərdə inamsızlığa səbəb olub.
Ölkədə yaxınlaşmaqda olan parlament seçkiləri ərəfəsində Azərbaycanın bir çox rayonlarında olduğunu açıqlayan tanınmış siyasətçi və tarixçi alim müşahidələri və araşdırmaları haqda məlumat verib .
D.Əzimli açıqlamasında , "Bu yay Azərbaycanın bir çox rayonlarında oldum. Oralarda olan zaman bəzi məsələlərlə, o cümlədən qarşıdan gələn parlament seçiləri ilə də maraqlandım. İnsanlar birmənalı olaraq Milli Məclisə seçkilərə təyinat kimi baxırlar. Deputalarını demək olar ki, tanımırlar. Deputatların getdiyi yer İcra hakimiyyətidir. İcra hakimiyyətləri də deputatlara "əl uşağı" kimi baxırlar. Buna görə də xalq seçkilərə ümid etmir. Bunun qarşısını almaq olarmı? Bir çoxları düşünür ki, mümkün deyildir. Çünki ölkədə seçiləcək, daha doğrusu "təyin olunacaq" deputatlar müxtəlif siyahılar üzrə Milli Məclisə düşəcəkdir. İnam demək olar ki, itib. Amma vəziyyəti düzəltmək mümkündür. İnsafən, fəal, vətənpərvər, xalqla işləyən deputatlar da vardır. Bunu danmaq olmaz. Bu ilki seçkilərin Azərbaycan üçün böyük əhəmiyyəti vardır. Hesab edirəm ki, ölkə başçısı bu məsələdə qətiyyət əks etdirərsə, ölkəni soyan məmurlar pərən-pərən düşəcəkdir və siyahılar da yoxa çıxacaqdır. Bir ziyalı olaraq ölkə başçısına müraciətidə bu məsələyə önəm verməsini xahiş edirəm. Bizə təlatümlər lazım deyildir. Biz dövlətimizi,vətənimizi hər şeydən artıq sevirik. Biz bu dövləti qurduq. Onun çiçəklənməsini, möhkəmlənməsini istəyirik. " deyə bildirib.
Daha sonra , D.Əzimli "Biz ziyalılar bu ölkədə cüzi maaşla yaşayırıq. Maddi sıxıntı çəkirik. Amma dövlətçiliyi heç nəyə qurban verə bilmərik. Dövlətçiliyin əsas institutlarından biri də Milli Məclisdir. Mili Məclisə çoxları pul, var-dövlət mənbəyi kimi baxır. Amma inkişaf etmiş ölkələrdə deputat olmağı yalnız milləti üçün çalışanlar arzulayır. Oralarda deputat olmaq çox məsuliyyətli bir işdir, deputat olmaq həm də çətin bir həyat yaşamaqdır. Bizdə isə vəziyyət o həddə çatıb ki, bayağı mahnılarla efirimizi tutan müğənnilər də deputat olmaq istəyir. Bütün bunların yolunu yalnız ölkə rəhbərinin qəti iradəsi bağlaya bilər. Ölkədə bu vətəni sevən, canını onun yolunda qurban etməyə hazır nə qədər desəniz ziyalılar vardır. Onlara üstünlük vermək, həm də dövlətçiliyimiz naminə vacibdir!" deyə qeyd edib.