DİNDARLAR VAHİD FORMA GEYƏCƏKLƏR
11.09.2014 1428 0.0 0

 

Sentyabrın 11-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qurumun nəzdində fəaliyyət göstərən din xadimlərinin təkmilləşdirmə kurslarının iştirakçıları üçün vahid geyim formaları təqdim edib.

 

Təqdimat mərasimi  QMİ sədrinin müavini, İslam Universitetinin rektoru Hacı Sabir Həsənlinin, Müfti Hacı Salman Musayev iştirakı iıə keçirilib.

Qurum bu addımı Azərbaycan müsəlmanlarının həyatında önəmli bir hadisənin baş verdi kimi qiymətləndirib.Daha sonra,QMİ sədrinin müavini bildirib ki, bir müddət əvvəl Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə din xadimlərinin təkmilləşdirmə kursları təşkil olundu və hər qrupda 50 nəfər olmaqla, bir aya yaxın müddətdə dərslər keçirildi.

İdarə açıqlamasında bildirir ki, qeyd olunan istiqamətdə iki qrup kursu başa vurub və sentyabrın 15-dən 3-cü qrupun dərslərinə start veriləcək. Bu hadisənin önəmini qeyd edən Hacı Sabir Həsənli xüsusi olaraq vurğuladı ki, əsrlər boyu Azərbaycanda şiələrlə sünnilər birlikdə yaşamışlar və aralarında heç bir problem baş verməmişdir. Rektor bu gün də kurslarda şiə və sünni din xadimlərinin birlikdə iştirak etdiyini və onlar arasında sıx şəxsi münasibətlərin qurulmasını təqdir edərək bildirdi ki, son zamanlar kənar təsirlərlə ölkəmizdə məzhəblər arasında ixtilaflar salmaq istəyənlər uğur qazana bilməyəcəklər.

Hacı Sabir Həsənli sözünün davamında qeyd etdi ki, Prezident İlham Əliyev cənabları din xadimlərinin təkmilləşdirmə kurslarına hərtərəfli dəstək verib: “Dövlət başçısı din xadimlərinin təkmilləşdirmə kursları layihəsinə hərtərəfli dəstək verib və buna görə hamımız adından cənab Prezidentə öz minnətdarlığımızı bildiririk”.

Sözünün davamında Hacı Sabir Həsənli : “Bu sırada Şeyxülislamnin təşəbbüsü ilə din xadimləri üçün vahid geyim forması məsələsi gündəmə gəldi və dövlət başçısının maddi dəstəyi ilə bu təşəbbüs həyata keçirildi” deyə açıqlama verib.

 

Müfti Hacı Salman Musayev sözünün davamında ölkəmizdə sünnili-şiəli bütün müsəlmanların birliyi ilə “La ilahə illəllah, Muhəmmədun rəsulullah” kəlmələri ətrafında birləşən bir dindarlığın olduğunu bildirdi və təkmilləşdirmə kurslarında da şiələrlə sünnilərin birlikdə olmalarının əhəmiyyətini vurğuladı. O, bunları söylədi: “Kurslarda iştirak edənlər necə namaz qılmasından asılı olmayaraq, birlikdə olmalıdırlar. Bizdən sonra tarix yazılacaq və saxlanacaq. Biz gərək özümüzdən sonra nümunəvi bir tarix qoyub gedək.”

Hacı Salman Musayev vahid geyimin din xadimlərinin daha tədbirli olmasına səbəb olacağını söyləyib.

 


Teqlər:DİNDARLAR VAHİD FORMA GEYƏCƏKLƏR

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar