Daxili İşlər Nazirliyi uşaqlarda yarana biləcək internet aslılığı ilə əlaqədar valideyinlərə müraciət edib.
Qazeta.info xəbər verir ki, müraciətdə deyilir:
"Uşaqlarınızın internet asılısı olmaması üçün aşağıdakılara əməl edin:
-övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;
-günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;
-övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;
-övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;
-övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirməkləri üçün planlar qurun.
Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!"