DİN universitet müəllimi ilə bağlı yayılan iddialara münasibət bildirib
03.05.2022 490 0
Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.
O qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: "Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaqdı".
Xatırladaq ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər