DİN polkovniki «qanuni oğru» ilə işbirliyinə girdi - Evində 8 milyard tapıldı
10.09.2016 1289 0.0 0

Evində axtarış aparılan Rusiya DİN-in vəzifəli şəxsinin mənzilindən 8 milyard rubl (təxminən 125 milyon dollar-red.) götürülüb.

Qazeta.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, polkovnik Dmitri Zaxarçenkonun özü isə daha əvvəl Federal Xidmət Bürosu əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb.

Onun saxlanılması Rusiya İstintaq Komitəsi generalları ilə kriminal avtoritet Zaxari Kalaşovun ( Şakro Molodoy) korrupsiya əlaqələrinə dair açılan cinayət işi çərçivəsində olub. 

Polkovnikə qarşı küllü miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılıb. Eyni zamanda, DİN-də yeni həbslər, hətta istefaların olacağı da istisna edilmir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar