DİN-in qadın əməkdaşı dünya çempionu olub
12.05.2017 976 0
Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edən gizir Günay Əliyeva Ukraynanın Xarkov şəhərində təşkil olunan Kempo Karate və Kobudo üzrə dünya çempionatının qalibi olub.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Artıq 12 ildir idmanın karate növü ilə məşğul olan hərbi qulluqçu “birinci dan qara kəmər” ustasıdır. 2008-ci ildə Asiya çempionu adını qazanan G.Əliyeva 2011-ci ildə Gürcüstanda keçirilən kinq-boksinq üzrə çempionatda Cənubi Qafqaz çempionu adını, həmin ildə Ukraynada keçirilən dünya çempionatında isə 3-cü yeri qazanıb. Növbəti dəfə 2015-ci ildə Avropa çempionu adını qazanıb. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər