DİN DTX-da silah və döyüş sursatı ilə bağlı yoxlama aparmayacaq
29.04.2016 883 0.0 0

 Daxili İşlər Nazirliyi (DİN) “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəiyşiklik edib.
 
Məlumata görə, bu Təlimat daxili işlər orqanlarında icazə sisteminin təşkili qaydalarını müəyyən edir.
 
İcazə sistemi ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq xidməti və mülki silahın, döyüş sursatının dövriyyəsinə xüsusi icazənin, müxtəlif növ möhür və ştampların hazırlanmasına, özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılığın (lisenziyanın) verilməsi və onlara nəzarət edilməsi, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatının aparılması, habelə göstərilən əşya və maddələrin itməsi, oğurlanması, təyinatından kənar istifadə hallarının qarşısının alınması üzrə həyata keçirilən tədbirlərdən ibarətdir. İcazə sistemi üzrə tədbirlər Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən həyata keçirilir.
 
Dəyişikliyə əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin orqanların hərbi hissələrində, müəssisələrində və obyektlərində icazə sistemi həyata keçirilməyəcək, operativ uçotlar üzrə yoxlanılmayacaq.
 
Xatırladaq ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələrində, müəssisələrində və obyektlərində də icazə sistemi həyata keçirilməyib, operativ uçotlar üzrə yoxlama aparılmayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar