Devid Kemeron bizdən danışdı
12.03.2015 742 0.0 0

Böyük Britaniyanın Baş naziri Devid Kemeron Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə ünvanlandığı məktubda təşkilatın fəaliyyəti və aprelin 27-29 Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumu ilə bağlı fikirlərini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, baş nazir Mərkəzin dünyada beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində mövcud əməkdaşlığın inkişafına yönəlmiş fəaliyyətini təqdirəlayiq hesab edib.

Devid Kemeron III Qlobal Açıq Cəmiyyətlər Forumunun uğurlu keçməsi üçün ən xoş arzularını çatdırıb.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunmasıdır. Bu istiqamətdə müxtəlif hökumətlər və ictimai təşkilatlarla sıx əməkdaşlıq edən Mərkəz bir sıra beynəlxalq tədbirlər təşkil edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar