ABŞ Senatına namizədliyini irəli sürən siyasətçi nə vaxtsa keçini qurban kəsib, qanını içdiyinə görə tənqid edilir.
Məlumata görə, Avqustus Sol İnvictus məlumatı təsqiqləyərək heyvanı bütpərəstlik mərasimində “qurban” kəsdiyini bildirib.
O, keçinin “vəhşicəsinə” kəsildiyi barədə bəzi tənqidçilərin iddialarını rədd edib. Libertarian Partiyasını təmsil edən namizəd çox güman ki, ABŞ Senatında yer qazanmağa müvəffəq olmayacaq. 2013-cü ildə Mərkəzi Floridadan Moxave səhrasına piyada yollanan İnvictus orada bir həftə pəhriz saxlayıb. Floridaya qayıdarkən isə o minnətdarlıq əlaməti kimi qurban kəsib.
Avqustus Sol İnvictus - ABŞ Senatına namizəd
"Mən doğrudan da keçini qurban kəsdim. Çox güman ki, bir çox amerikalılar bunu boş söhbət kimi qəbul edir. Mən qurbanı təbiət tanrısının adına kəsdim. Bəli mən keçinin qanını içdim”, - deyə siyasətçi bildirib.
Adrian Villi - araşdırmaçı jurnalist
Baş verən hadisədən sonra Avqustus Sol İnvictusun istefasına dair çağırışlar səslənib. Həmkarının addımına diqqəti cəlb etmək məqsədilə Florida ştatındakı Libertariyan partiyasının sədri vəzifəsindən istefa verib. Araşdırmaçı jurnalist Adrian Villi İnvictusu “faşist” adlandırıb.
İnvictus öz növbəsində Villinin iddialarını “qarayaxma kampaniya”sı adlandırıb. O, ağ irqçilər tərəfindən dəstəklənsə də, irqçi olmadığını bildirir./anspress/