Deputatın parlamentdə bu hərəkəti onu bütün dünyaya tanıtdı-FOTO
24.07.2015 1165 0.0 0


 
Argentinada parlamenti ümumi heyətində səkkiz aylıq körpəsini əmizdirən 37 yaşlı millət vəkili Victoriya Donda Peres  bu hərəkəti ilə dünya səviyyəsində ən məhşur  millət vəkili olub.

Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, Peres məclisin  son iclasında   səkkiz aylıq qızı Trilce ilə birlikdə gəlib və bir tərəfdən parlamendə gedən müzakirələrdə iştirak edə edə bir  yandan da qızını əmizdirib.

Bildirək ki, İnsan hüquqları müdafiəçisi və solçu  siyasətçi kimi  tanınan Victoria Donda Perez 2007-ci ildən bu yana ölkəsində aktiv bir şəkildə insan və qadın haqlarını müdafiə edir.

Məlumata görə, dekoltə geyimi ilə parlament iclaslarında iştirak edən Perez radikal fikirləri və çıxışları ilə  xalqın rəğbətini qazanmağı bacarıb.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar