Millət vəkili Elmira Axundovanın ailəsində ağır itki baş verib.
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, deputatın həyat yoldaşı, rejissor Ramiz Həbib oğlu Axundov bu gün dünyasını dəyişib. Millət vəkili bildirib ki, həyat yoldaşı uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.
"Yoldaşım 5 ilə yaxın idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Amma son bir ayda onun vəziyyəti daha da ağırlaşmışdı. Gecə yatdı və səhər oyanmadı. Çox güman ki, ürək çatışmazlığından ölüb", - deyə millət vəkili vurğulayıb.
Mərhum bu gün dəfn ediləcək.
Ramiz Axundov və Elmira Axundova
Məşhur rejissor, 35 sənədli filmin müəllifi, ilk rəngli filmin rejissoru, prezident təqaüdçüsü Ramiz Həbib oğlu Axundov 78 yaşında dünyasını dəyişib. Azərbaycan Televiziyasının yaradıcılarından biri olan R.Axundov "Sərhəd bağlıdır" (film, 1962), "Bu, Səttar Bəhlulzadədir" (film, 1969), "Sənət yollarında" (film, 1974), "Habil Kaman" (film, 1984), "Qayıdış" (film, 1988) və s. kimi filmlərə rejisorluq edib.
Ramiz Axundov və Elmira Axundovanın bu evlilikdən iki övladı, bir nəvəsi var.
Allah rəhmət eləsin.