DEPUTATIN ADI TÜRKİYƏDƏ "PARALEL HÖKUMƏT" OLAYLARINDA
07.09.2014 1562 0.0 0

 

Nurçu olduğu iddia olunan  deputat Fazil Mustafa Türkiyə mətbuatının gündəminə gəlib.

 

Qazeta.info ANS PRESS-ə istinadən bildirir ki, Millət vəkili Fazil Mustafanın Türkiyə televiziyalarının birində “Paralel hökumət”lə bağlı efirə gedən verilişlərdə adı hallanıb.

 Məlumata görə, ötən gün azərbaycanlı millət vəkili Fazil Mustafanın dostlarından birinin ona zəng edərək, Türkiyə kanallarındakı verilişlərdən birində məşhur “Paralel hökumət” mövzusu ilə bağlı adının hallandığını bildirib.

“Bu və ya gələcəkdə bu mövzuda danışmaq istəyən bütün geri zəkalılara bir məsələni çatdırmaq istəyirəm ki, Türkiyə daxilində baş verən proseslər mənim maraq dairəmdə deyil və hər hansı bir Yapını dəstəkləmək barədə də hansısa bir açıqlama verməmişəm.” – deyə Fazil Mustafa məsələyə aydınlıq gətirib. 

Deputat həmçinin türk məktəblərinin bağlanması məsələsinə etiraz etməyinə də münasibət bildirib: “Bu da sırf Azərbaycan maraqlarını düşünərək atılan addım idi. Artıq bu məktəblərin başqa bir adla yoluna davam etməsi onu göstərdi ki, Azərbaycan hakimiyyətində də məktəblərin bağlanması addımının faydalı olmadığı qənaəti yarandı. Bu Ələsgəri tanıyan varsa, söyləsin ki, Türkiyə kanallarını gəzib işverənlik etməyə gərək yoxdur. Bizim içimizdə Türkiyə sevgisi doğulanda meydanda nə "paralel hökumət" varıydı, nə də AKP. Bundan sonra da milliyətçili, solçulu, islamçılı, camaatlı bütöv Türkiyə tablosu üzərindən prossesləri dəyərləndirəcəyik.”


Teqlər:DEPUTATIN ADI TÜRKİYƏDƏ PARALEL HÖK

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar