«Delfin adamlar» sualtı üzgüçülükdə yarışdılar
27.06.2015 773 0.0 0
Anna Arjanova: "Bu həm də sürət məsələsidir"

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, bu gün Bakı Su İdmanı Mərkəzində üzgüçülük idman növü üzrə yarışlarda dörd görüş baş tutub. Üzgüçülər 50 və 100 metr məsafələrdə suyun səthində, nəfəs aparatı istifadə etmədən suyun altında və 100 metr sualtına dalma üzrə heyranedici çıxışlar göstəriblər.

Üzgəclər geyinmiş idmançıalar nümayiş etdirdikləri bədən hərəkətləri ilə delfinlərə bənzəyirdilər. Bunu deyən CMAS-ın prezidenti rusiyalı Anna Arjanova, üzgüçülükdə sürətin böyük rol oynadığını da əlavə edib:

Bəzi fəndlər su altında nəfəsalma aparatı ilə həyata keçirilir. Siz görə bilərsiniz ki, nəfəs aparatı ilə suya tullanma, balıqlara baxma, hər adamın işi deyil, bu həm də sürət məsələsidir. Bəzi fəndləri delfinlərin hərəkəti ilə də müqayisə edə bilərik.-Anna Arjanova

Rusiyalı Anna Arjanova bildirib ki, yaxın vaxtlarda sərbəst suya tullanma və su altında atəşaçma kompleksindən ibarət biatlon adlı idman növünün təqdim etmək üçün görüş planlaşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar