DÇ-2018: Azərbaycan yığması Çexiya millisinə məğlub olub - VİDEO
05.10.2017 867 0.0 0

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində IX tur matçına çıxıb.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, rəqib Çexiya yığması olub.

Bakı Olimpiya Stadionunda keçirilmiş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. Meydan sahiblərindən yeganə qolu 55-ci dəqiqədə Əfran İsmayılov vurub. O, Ruslan Qurbanova qarşı kobudluqdan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

Çexiyanın qollarını isə 35-ci dəqiqədə Yan Kopets, 66-cı dəqiqədə isə Antonin Barak vurub.

Bununla da 10 xalla qalan Azərbaycan millisi C qrupunda 3-cü pillədəki mövqeyini itirərək, ən azı bir pillə enib. Xallarını 12-yə çatdıran Çexiya isə 3-cü pilləyə yüksəlib. Bu gün Norveç San Marinoya qalib gəlsə, Robert Prosineçkinin baş məşqçi olduğu komanda 5-ci pilləyə yuvarlanacaq.

Çexiya ilə oyun kapitan Rəşad Sadıqovun Azərbaycan millisində son matçı olub. Görüşdən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev ona xatirə hədiyyəsi təqdim edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar