Davudoğlu-Baxçəli görüşüdü (FOTO,)
17.08.2015 590 0.0 0

Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçəli arasında nəzərdə tutulan görüş bu gün Böyük Millət Məclisində (TBMM) Bakı vaxtilə saat 16:20-də başlayıb.

Məlumata görə, görüşdə koalisiyon hökumətin qurulması, yaxud erkən seçkilərin keçirilməsi suallarına aydınlıq gətirilməsi gözlənilir.
 
Baş nazir Əhməd Davudoğlunu TBMM-də müavinləri Yalçın Akdoğan, keçmiş daxili işlər naziri Efkan Ala, Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrupunun sədr müavini Əhməd Aydın və Mustafa Elitaş qarşılayıb. MHP lideri Dövlət Baxçəli Əhməd Davudoğlunu parlementdəki otağının girişində qarşılayıb.

 

 

D.Baxçəli görüşün MHP-nin qanunları çərçivəsində reallaşacağını və Davudoğlunun təklifini duymaq istədiklərini söyləyib.

MHP Mərkəz İdarə Heyəti tərəfindən AKP ilə danışıqlar mövzusunda səlahiyyətləndirilən D.Baxçəli rəftarı ilə bağlı ip uclarını ötən gün yazılı şərhlə verib. O, prinsip və şərtlərinin qəbulu halında Milliyyətçi Hərəkat Partiyası əlini deyil, gövdəsini daşın altına qoymağa qərarlıdır ifadələrini bildirib.

 

 

 

MHP TBMM-dəki mühüm görüşün əvvəlində koalisiya üçün şərtləri bir daha təkrarlayıb. MHP qurula biləcək seçki hökuməti, ya da azlıq hökumətinə dəstək təkliflərinə isti baxmadığını ifadə edərək, həll prosesinin tamamilə bitdiyinin açıqlanması, 4 köhnə nazirlə əlaqədar sui-istifadə soruşturmalarının yenidən açılması və prezidenti Rəcəb Tayyib Ərdoğanın Konstitusiya sərhədlərə çəkilməsi şərtləri ilə koalisiyası gündəmə ala biləcəyini ifadə edir.

MHP-nin koalisiya üçün önə sürdüyü bir digər şərt isə Konstitusiyanın ilk dörd maddəsinin dəyişdirilməməsidir.

Digər tərəfdən, MHP erkən seçki üçün də təşkilatlarını hazırlıq səviyyəsinə çatdırıb, onlara D.Baxçəlinin təlimatı ilə MHP-nin prinsiplərinin və aldığı qərarların partiya üzvlərinə və xalqa çatdırılması xahişi olunub.

 

Əhməd Davudoğlu - baş nazir və Dövlət Baxçəli MHP sədri /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar