Daşın ətəkdən tökülmə vaxtı (VİDEO)
30.11.2015 1088 0.0 0

Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində Taleh Bağırzadə adlı bir şəxsi götürmək məqsədilə keçirdiyi əməliyyat maraqlı nəticələr ortaya qoydu. Əvvəla məlum oldu ki, hələ də qanunla vətəndaş arasında anlaşılmazlıq var. Yəni vətəndaşların bir qrupuna elə gəlir ki, onlar üçün əlahiddə qaydalar sistemi mövcud olmalıdır. Onların xüsusi statusu və imtiyazı olmalıdır. Məsələn, Bakının bir rayonunda, məsələn, Yasamal rayonunda polis normal əməliyyat keçirə bilər, amma bunu Nardaran qəsəbəsində edə bilməz, ona görə ki... Məsələ də elə bundadır. Nəyə görə ki...

Əslində bunun ona görəsi, buna görəsi yoxdur. Nardaran da Azərbaycanın başqa inzibati ərazi vahidlərindən birildir, burada dövlətin hər bir qanununun əli çatmalıdır.

Məscid də yaxşıdır, məktəb də, ziyarətgah da yaxşıdır, mədəniyyət evi də, yaşıl işıq da yaxşıdı, qırmızı işıq da. Ən yaxşısı isə qanuna riayət etməkdir. Yuxarıda da, aşağıda da. Doğrudur Milli Təhlükəsizlik nazirliyimizin keçmiş rəhbərliyinin zamanında bir sıra kobud qanun pozuntuları baş verib və bu bəzi vətəndaşlarımızda qanundanküskünlük kimi simtomplar yaradıb. Bəlkə də kiməsə elə gəlir ki, dövlətin ayağı burxulub, gəlin onu bir yandan da biz itələyib yıxaq, belə yanaşma həm təhlükəli, həm yanlış, həm də qeyri-mümkündür.

Çünki dövlətin ayağı burxulsa belə müvazinətini itirməyib, əksinə o Təhlükəsizlik Nazirliyinin antidövlət arxivini açıb tökməyə qədər hər şeyə gedə bilir. Bu qurumda ciddi islahatlar aparılır və faydasının da olacağanı ainanmaq lazımdır. Nardaranda baş verən hadisə isə qısaca belədir. Polis əməliyyat aparmağa gəlib, özü də sadə camaatı narahat etməmək məqsədilə bəzi konspirativ tədbrlər də görüb. Amma burada silahlı müqavimətlə üzləşib. İtkilər var. Bunun ardınca isə bir qrup insan qəsəbənin meydanında oturaq aksiyaya başlayıb. Yəni buranı tutulan şəxslərin buraxılmayacağına qədər tərk etməyəcəklərini deyirlər… Amma niyə?

Niyə Bakının istənilən rayonunda əməliyyat keçirməyi sərbəst bacaran polis Nardaranda silahla qarşılanmalıdır? Niyə həbs olunmuş insanların əməllərinin təhqiqatı başa çatmamış onların buraxılmasını tələb edirik? Bəlkə elə məsələlər ortalığa çıxacaq ki, onlardan bizim xəbərimiz yoxdur? Bəlkə elə araşdırmalar zamanı bizi narahat edən problemlər tam həllini tapacaq? Axı bu qabaqdangəlmişlik nəyimizə lazımdır? 

İndi belə çıxır ki, bir az əvvəl Yasamalda əməliyyat keçirən polisi də top-tüfənglə qarşılamalıydıq? 42 nəfər saxlanıldı, araşdırmalardan sonra cəmisi iki nəfər istisna olmaqla hamını buraxdılar axı. Öz hərəkətlərimizə kənardan baxmağı bacarmalıyıq. 

Pis görünürk bir az, sanki nəticələrin necə olacağından əvvəldən xəbərimiz var, toplaşmaqda da məqsədimiz qabaqlayıcı tədbirlər görməkdir… Kiminsə şübhəli əməllərinə bir toplum olaraq şərik olmaq nəymiziə lazımdır? İstəsək də, istəməsək də, belə olsa da, olmasa da faktların ümumi mənzərəsi belə düşünməyə əsas verir. 

Hə doğrudan da inanmaq istəyirəm ki, biz dövlətlə dövlətçiik etmək istəmirik və həmişə dövlətçi olmuşuq. Amma polis də elə dövlətin nümayəndəsidir, onun da elə bu dövlət tərəfindən təmin olunmuş hüquq və səlahiyyətləri var.

Bir daha xatırlayaq. Əməliyyatçılar konkret ünvana, konkret insanın ardınca gəliblər. Hadisələrin ardı belə olmalyıdı. Yığışıb getməliydik ev-eşiyimizə və nəticəni gözləməliydik. Əgər sonradan hansısa qərar bizi qane etməsəydi və bura toplaşıb dağlışmasaydı onda bəlkə də bizi hardasa başa düşmək olardı. Amma indi məhkəməni filanı qabaqlayaraq özümüzü məhkəmə elan etməyimiz kənardan ən azı qəribə görünür.

Özü də heç yaxşı tanımadığımız bir insanı müdafiə edirik. Unutmayaq ki, biz minbərdən moizə oxuyan Taleyi tanıyırıq. Onun öz Taleyi var. Nə bilirik o, İranın Qum və Nəcəf şəhərlərtində dini təhsildən başqa daha nələri öyrənib və ya nələrə öyrədilib. Bəlkə də heç öyrədilməyib. İmkan verək araşdırılsın da. Dövlətə isə təzyiq etmək olmaz. Onda dövlət də təzyiq yolu seçəcək və bizdən fərqli olaraq o, haqlı olacaq. Necə ki, Nardaranda bu artıq baş verdi.

Dünyanın heç bir yerində polis əməkdşının qətli rəğbətlə qarşılanmır. Nə bəyəndiyiniz İranda, nə də bəyənmədiyiniz Amerikada. Nə də sizin də bizim də sevməyə borclu olduğumuz Azərbaycanda. Biz polisi silahla qarşılamışıq, iki nəfəri öldürmüşük. Müqavimət göstərənlər arasında ölənlər var… Silahla salam verməzlər. Cavabı belə olur. Və bir də bizi Azərbaycan qanunlarına tabe olmayaraq silahla qarşılyan qanunsuz silahlı birləşmələr onsuz da var. Onlar Qarabağdadır. Nardaranlıların da şəhidlər verdiyi Qarabağda.

Əzizlərim, yolda barrikadalar qurub, daş töküb sonra gəlin gözümüz üstdə yeriniz var demək alınmır... Bu barrikadaları biz 25 il əvvəl Bakıda başqa əsgərlərin Sovet soldatlarının, Sovet tanklarının qarşısını almaq üçün qurmuşduq.../anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar