Danimarkanın paytaxtdında "Çarlie Hebdo" həsr olunan yığıncağına silahlı hücum olub.
Danimarkada paytaxtı Kopenhagendə "Çarlie Hebdo" jurnalına hücum və söz azadlığı mövzusunda toplantının keçirildiyi kafe, silahlı şəxslər tərəfindən gülləboran edilib.
Danimarkanın paytaxtı Kopenhagendə yazar və jurnalistlərin təşkil etdiyi "Çarlie Hebdo hücumu və söz azadlığı" mövzusundakı toplantıda kalaşnikov avtomatı ilə silahlanmış 3 təcavüzkar maskalılar tərəfindən hücuma məruz qaldığı bildirilir.
Türkiyə mətbuatının yazdığına görə Hücumda 2-si polis 1 jurnalist olmaqla 3 nəfər yaralanıb. Hücum zamanı kafedə Fransanın Kopenhagendəki səfiri Fransua Zimerayın da olduğu açıqlanıb.
Terror həyəcanı verən polis, bölgədə geniş əhatəli araşdırmaya başlayıb. Bölgəyə avtomobillərin və piyadaların giriş-çıxışları qadağan edilib.