Daha bir uşaq ölümü Lənkəran xəstəxanasında baş verib
05.07.2016 653 0.0 0

Lənkəranda uşaq ölümü baş verib.
 
Məlumata görə, hadisə bu gün səhər saatlarında Lənkəran Mərkəzi  Rayon Xəstəxanasında (MRX) qeydə alınıb. 
 
Rayonun Ləj kəndinin sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 05.00 radələrində ağır vəziyyətdə xəstəxananın uşaq xəstəlikləri şöbəsinə gətirilib.
 
Körpəyə müvafiq tibbi yardımlar göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Xəstəxanaya daxil olandan 3 saat sonra o, dünyasını dəyişib.
 
Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Burada o, xarici müayinədən sonra ailəsinə verilib.
 
Lənkəran RMX-dan APA-nın yerli bürosuna bildirilib ki, Ə. Rəhimov kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmoniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində daxil olub, onun xilas edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Lakin uşağı xilas etmək mümkün olmayıb.
 
Hazırda faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır./apa


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar