Daha bir türk hərbçi həlak olub
26.05.2017 703 0
Türkiyənin Hakkari vilayətində baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub.
Məlumata görə, Çukurca rayonunda kustar üsulla hazırlanmış bomba partladılıb. Hadisə nəticəsində daha iki hərbçi yaralanıb.
Partlayışdan sonra bölgədə əməliyyata başlanıb.
Qeyd edək ki, ötən gün Türkiyədə PKK silahlıları ilə atışma nəticəsində 7 hərbçi həlak olmuşdu./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər