Daha bir sürücü-yol polisi mübahisəsi - VİDEO
25.08.2016 1236 0.0 0

 Atmosferi çirkləndirən, yollarda təhlükə yaradan avtomobilləri müəyyən etmək üçün reydlər davam edir. 

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi və Ağstafa Dövlət Yol Polisi Bölməsi (DYPB) əməkdaşlarının birgə keçirdiyi reyddə 50 nasaz minik vasitəsi aşkarlanıb.

Amma keçirilən reyddə əksər sürücülər nəticələrlə razılaşmayaraq polis əməkdaşları ilə mübahisə edib, onlardan biri hətta DYP əməkdaşı ilə əlbəyaxa da olub. Polislə razılaşmayan sürücülər avtomobillərinin normal vəziyyətdə işlədiyini, yoxlama qurğularının düzgün işləmədiyini bildiriblər.

Ağstafa DYPB-nin inspektoru Asif Qasımov son 20 gündə 300-ə yaxın avtomobil saxlandığını, bunlardan 50-də havaya buraxılan dəm qazının normadan artıq olduğunun üzə çıxdığını bildirib.

Bundan başqa, reyd zamanı 1 nəfər avtoxulığa görə saxlanılıb. Onun barəsində protokol tərtib edilərək işi məhkəməyə göndərilib.

Qeyd edək ki, reydlər ayın sonuna qədər davam edəcək./report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar