Daha bir ölkə İranla diplomatik əlaqələri kəsib
04.01.2016 570 0
İranla diplomatik əlaqələri kəsən ölkələrin sayı üçə çatıb.
Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyi olan SPA-nın verdiyi məlumata görə, Sudan İranla diplomatik əlaqələri kəsib.
Sudan İranın Hartumdakı səfiri və diplomatlarının ölkədən çıxarılması, Tehrandakı səfirinin geri çağırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı və Bəhreyn İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması barədə qərar qəbul edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər