Daha bir ölkə `Putin ittifaqı`na daxil olur
18.03.2017 2892 0
Moldova Avrasiya İttifaqı ilə çərçivə razılaşmasını aprelin 3-də Kişinyovda imzalayacaq.
Qazeta.info Axar.az -a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldova Prezidenti İqor Dodon söyləyib. O, bu müqavilə sayəsində Moldova mallarının Rusiya bazarlarına rahat çıxış əldə edəcəyini bildirib.
Qeyd edək ki, Dodon rusiyayönlü siyasətçidir. O, ölkəsinin Avrasiya İttifaqına üzvlüyünün tərəfdarıdır.
Avrasiya İttifaqına Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər