Daha bir neçə kəndə ilk dəfə təbii qaz verildi
16.09.2015 902 0.0 0

Sentyabrın 16-da Yardımlı rayonunun Urakəran və Quba rayonunun Mirzəqışlaq kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmiş, Tərtər rayonunun Hacıqərvənd kəndi isə yenidən qazlaşdırılmışdır.
Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Qazeta.info SOCAR-ın məlumatına əsasən bildirir ki, Yardımlı rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 122 abonenti olan Urakəran kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8100 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 122 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Quba rayonunun 151 abonentlik Mirzəqışlaq kəndinin qazlaşdırılması zamanı 11 140 metrlik qaz xətləri quraşdırılmış, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Tərtər rayonunun kəndlərinin də yenidən qazlaşdırılması istiqamətində mühüm işlər aparılmışdır. 552 abonenti olan Hacıqərvənd kəndinə təbii qaz verilişinin bərpası məqsədi ilə birpilləli sistem əsasında 25754 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. 

Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar